AZ

"Giləzi" işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA

Giləzi

Hüquqşünas

Son tarix 12 dek 2024 - [email protected]

Tələblər:

  • Hüquq üzrə ali təhsil (magistr dərəcəsinin olması üstünlükdür);
  • Korporativ hüquq sahəsində 5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli;
  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan, rus dili –yüksək səviyyədə, ingilis dili-arzuolunandır;
  • E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək bacarığı;
  • Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
  • Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi.

Vəzifə öhdəlikləri:

  • Şirkətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak edilməsi;
  • Qüvvədə olan mülki, əmək, vergi, inzibati qanunvericilik və qanunvericiliyin digər sahələri üzrə hüquqi məsləhətlərin verilməsi;
  • Şirkətin hüquqi maraqlarının məhkəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə təmsil edilməsi, həmçinin, məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması
  • Daxili korporativ aktların, əmr, təlimat, prosedur-qaydaların, əsasnamələrin hazırlanmasında iştirak edilməsi və onların hüquqi ekspertizası;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərin müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablandırılması;
  • Müəssisənin adından bağlanılan bütün əqdlərin hüquqi ekspertizadan keçirilməsi, qanuna, müəssisənin mənafelərinə uyğun оlаn müqаvilələrin imza ilə təsdiqi və yа onlara dair yаzılı rəyin vеrilməsi, həmçinin, qаnunа, habelə müəssisənin mənafelərinə zidd əqdlərin tətbiqinin qarşısının alınması barədə rəhbərliyə səbəbi açıqlanmaqla yаzılı rəyin vеrilməsi;
  • Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi;
  • Müəssisənin fəaliyyəti üzrə müvafiq qanunvericiliyin, ona edilən əlavə və dəyişikliklər, onların ləğv olunması baxımından öyrənilməsi, onların müəssisənin maraqları baxımından təhlil edilməsi;
  • Müəssisənin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində iştirak.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 6 günlük iş qrafiki;
  • Əmək haqqı: 1500+ AZN
  • İş yeri:Əhməd Rəcəbli.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini qeyd edilmiş elektron poçt ünvanına mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə göndərmələri xahiş olunur

Seçilən
44
fed.az

1Mənbələr