AZ

Türkiyə Rusiya ilə ticarət üçün SWIFT-ə alternativə ehtiyac olduğunu açıqlayıb

Türkiyə Rusiya ilə ticarət etmək üçün SWIFT ödəniş sisteminə alternativ lazımdır.

NOCOMMENT.az xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində türkiyəli analitik, “Vətən” Partiyasının Mərkəzi Qərar Qəbul Komitəsinin üzvü Orçun Göktürk deyib.

“Qərb ödəniş sistemlərindən asılılığı azaltmaqla BRİKS Avrasiya ölkələrinə öz resurslarından öz maraqlarına uyğun istifadə etmək imkanı təklif edə bilər <…> Qərbin SWIFT sisteminin əvəzinə alternativ sistemlərdən istifadə etmək vacibdir”, – deyə o vurğulayıb.

Göktürk, Türkiyənin “Qərb bank sistemlərindən müstəqil infrastrukturun yaradılmasında da mühüm rol oynayacağını” söyləyib.

Seçilən
56
nocomment.az

1Mənbələr