"Leypsiq" heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub PSJ-nin hücumçusu Randal Kolo Muaninin xidmətində maraqlıdır.
Almaniya təmsilçisi onu Benjamin Şeşkonun əvəzləyicisi kimi nəzərdən keçirir. Sloveniyalının mövsümün sonunda komandanı tərk etmək ehtimalının yüksək olması "Leypsiq"i axtarışa çıxmağa məcbur edib.
Parislilər isə forvardı icarəyə göndərməyə hazırdırlar.
Qeyd edək ki, fransalı bu mövsüm PSJ-nin heyətində 10 matçda iştirak etsə də, fərqlənə bilməyib.
La Liqa klubundan təqdirəlayiq addım
“Barselona”nın gənc ulduzu zədələndi
“Mançester Yunayted” hücumçusundan narazıdır
"Fənərbaxça" Medina ilə razılıq əldə edib
Şimanski “Fənər”dən ayrıla bilər