Polşa Baş Qərargah rəisi Vislav Kukula bildirib ki, Polşa ilə Rusiya arasında hərbi münaqişə ehtimalı realdır.
münaqişə təhlükəsinin qarşısını almaq üçün hazırlıq və müdafiə imkanlarının artırılmasına diqqət çəkən Kukula deyib: “Bu, real təhlükədir. Müharibənin başlayıb-başlamayacağı və nə vaxt başlayacağı, müəyyən mənada bizdən asılıdır. Özünü müdafiə etməyə yaxşı hazırlaşan və xalqı müqavimət göstərəcək bir ölkəyə hücum böyük risq yaradır”.
Bundan əvvəl Polşa prezidenti Anjey Duda ABŞ-ın köməyi olmadan Avropanın Rusiyaya qarşı təhlükəsizliyini bərqərar edə bilməyəcəyini və mümkün müharibədə Avropadakı resursların cəmi bir neçə gün cəbhədə vuruşmağa kifayət edəcəyini bildirib.
Duda Avropanın öz təhlükəsizliyini təmin edə biləcəyi fikrini isə “boş xəyal” adlandırıbi.
Duda, Avropadakı resursların cəbhədə yalnız bir neçə gün döyüşmək üçün kifayət edəcəyinin son zamanlar ortaya çıxdığını bildirərək, siyasətçilərin Rusiya-Ukrayna müharibəsində “bu reallıqla” qarşılaşdıqlarını deyib.
TAHİR