AZ

Elena Blinovskaya müflis elan edildi

Məhkəmə "marafon kraliçası" Elena Blinovskayanı müflis elan edib.

Oxu24.com xəbər verir  ki, bu barədə “İzvestiya” qəzeti özünün Telegram kanalında məlumat yayıb.

Qeyd olunur ki, blogerin Millenium Park kottec kəndindəki evi təxminən 600 milyon rubla başa gəlir. Vergi xidməti bloqqerin əri ilə əməkdaşlıq edir.

SHOT Telegram kanalının məlumatına görə, Blinovskayanın bu qərar qəbul edildiyi vaxt Federal Vergi Xidmətinə olan borcu 1,168,032,695 rubl təşkil edib.

Bloqqer Yelena Blinovskaya 2023-cü il aprelin 27-də avtomobillə Rusiya sərhədini keçmək istəyərkən saxlanılıb. Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi ona qarşı 918 milyon rubldan çox məbləğdə vergidən yayınma və 43 milyon rubldan çox pulların yuyulması maddəsi ilə cinayət işi açıb.

Sonradan məlum olub ki, Blinovskaya Rusiyanı tərk etməyə cəhd etməzdən bir müddət əvvəl əmlakının böyük hissəsini yaxın qohumlarının adına keçirib. Onun yalnız Simferopolda 50 hektar torpaq sahəsi, eləcə də Moskvadakı Serpuxovski Valda 58 metrlik mənzili var idi. 

 

Nigar

 

Seçilən
71
oxu24.com

1Mənbələr