AZ

Elman Paşayevin həbs müddəti uzadıldı

Moskvanın Hərbi Məhkəməsi dələduzluq işi üzrə saxlanılan sabiq vəkil Elman Paşayevin həbs müddətini iki ay uzadıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

“Paşayevlə bağlı həbs müddəti 2025-ci il yanvarın 15-dək uzadılıb”, - deyə agentliyin mənbəsi bildirib.

Bildirilib ki, müvafiq vəsatət məhkəməyə Rusiya Federasiyası İstintaq Komitəsinin hərbi istintaq orqanlarının əməkdaşları tərəfindən göndərilib.

Xatırladaq ki, sabiq vəkil 2024-cü ilin sentyabrında Moskvada saxlanılıb. Rusiya İstintaq Komitəsi Paşayevə qarşı Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi ilə (xüsusilə külli miqdarda dələduzluq) cinayət işi açıldığını, onun 300 min dollar və 18,5 milyon rubl qarşılığında bloqer Aleksey Blinovski və həyat yoldaşını cinayət təqibindən azad edəcəyinə söz verdiyini bildirib. O, sentyabrın 18-i Moskvada istintaq təcridxanasına göndərilib.

Seçilən
82
26
qafqazinfo.az

10Mənbələr