AZ

Günün qoroskopu: axşam saatlarını evdə keçirməyin!

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç - Mühüm saydığınız işdə aktiv olun. Maraqlı və sərfəli imkanları əldən verməyin. Yaşananlara operativ reaksiya verin. Yaxşı ideyalar var, amma əlverişsiz şərait onları gerçəkləşdirməyə imkan vermir. Səbrli olun.

Günün ikinci yarısında yeni tanışlıq ciddi münasibətlərə çevrilməyəcək.

Uzaq səfərə çıxmayın. Yorulacaqsınız, nəticə də sizi razı salmayacaq. Bədxahların yaydıqları şayiələr və dedi-qodular sizə zərbə vura bilər.

Buğa - Ehtiyatlı olun. Düşünülməmiş addımlar atmayın. Ciddi fəsadlar yarada biləcək səhvlərə yol verməyin. Anlaşılmazlıq, xırda məsələyə görə münaqişə riski var. Vədlər verməyin. Vəd səsləndisə, onu mütləq yerinə yetirin.

Günün ikinci yarısında israfçılığa, uğursuz sərmayə yatırımına yol verməyin. Dövlət qurumlarının mənsubları ilə sıx təmaslar məsləhət deyil. Zəhərlənmə riski var. Bu səbəbdən də kulinar ekspertimentlər etməyin.

Səhhətinizə fikir verin.

Əkizlər - İstənilən mühüm məsələlərin müzakirəsi üçün əlverişli zamandır. Mövqe, baxış və fikirləri sizdən fərqli insanlarla da dil tapa bilərsiniz. Prinsipial fərqlərlə bağlı məqamları nəzərdən keçirin. Təhsildə və fəaliyyət sahəsində irəliləyişə nail olmaq üçün əzmlə çalışın.

Günün ikinci yarısında intellektual potensialınız yüksək olacaq. Problemlər ciddi deyil. Tamamilə yeni işə başlamaq olar.

Şəxsi həyatda ciddi dəyişikliklər ehtimalı azdır. Alış-veriş üçün münasib zamandır.

Xərçəng - Son vaxtlar sizi ciddi şəkildə narahat edən problemlərdən birini həll edə bilərsiniz. Baş verən hadisələri fərqli səpkidə görməyi bacarın. Prioritetlər dəyişir. Yaxın ətrafınızdakı insanla münasibətlərdə müəyyən korrektələrə və düzəlişlərə ehtiyac var.

Pozitiv olsanız, yaşam asanlaşar.

Günün ikinci yarısında yeni maraqlar yaranır. Radikallıq etməyin, ekstremal davranışı seçin. Bir işi yarımçıq qoyub başqasına başlamayın. Vaxtınız və qüvvənizdən qənaətlə istifadə edin.

Axşam saatlarını ailə üzvlərinə ayırın.

Şir - Xırda və kiçik məsələlərə görə əhvalınızı korlamayın. Soyuqqanlı olun. İstənilən çətinliyin, problemin öhdəsindən tez gələ bilərsiniz. Çətinliklər ağır deyil.

Nəzərdə tutduğunuzdan artıq iş görə bilərsiniz. Amma ifrat dərəcədə çalışaraq ifrat yorğunluğa düçar olmayın.

Günün ikinci yarısında ünsiyyətdə sərvaxt olun. Maraqlı tanışlıq istisna deyil. Münasibətlərə süni təkan verməyin. Hadisələr öz axarında cərəyan edərsə, sizin üçün daha yaxşı olar.

Qız - Şəxsi münasibətlərdəki problemi həll edə biləcəksiniz. Hissləriniz və istəklərinizdə konkretliyə nail olun. Tərəfdaş və müttəfiqlərin sizdən nə gözlədiyindən hali olun. Yaxın perspektivlə bağlı planlarınızı ailə üzvləri ilə müzakirə edin.

Fikir ayrılıqları yaranmayacaq.

Günün ikinci yarısında maliyyə fonu əlverişlidir. Alış-veriş etmək olar. Yaxınlarınızdan birinə hədiyyə alın.

Yeni işlər üçün münasib zaman deyil. Cari və rutin işləri başa vurun. Axşam saatlarında ehtiyatlı davranın. Yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Travma riski artıb.

Seçilən
48
publika.az

1Mənbələr