AZ

Tramp dövlət katibi vəzifəsinə Rubionun namizədliyini irəli sürdü

ABŞ prezidenti seçilən Donald Tramp dövlət katibi vəzifəsinə respublikaçı senator Marko Rubionun namizədliyini irəli sürdüyünü açıqlayıb.

Metbuat.az xəbər verir ki, Marko Rubio İran və Çin məsələlərində sərt münasibəti və güclü İsrailyönlü baxışları ilə tanınır. Rubio 2011-ci ildən Senatda çalışır və xarici əlaqələr komitəsində çalışan şəxs kimi diqqət çəkib. Florida senatoru olan və Trampa yaxınlığı ilə tanınan Rubionun Ağ Evin yeni katibi Susei Viles ilə də yaxın dost olduğu deyilir. Proqnozlara görə, Rubio dövlət katibi olarsa, Vaşinqton, Tehran və Pekin arasında münasibətlər gərginləşə bilər.

Seçilən
26
metbuat.az

1Mənbələr