AZ

İsrail ordusunun itkiləri 792 nəfərə çatıb

Livanın cənubunda davam edən döyüşlərin gedişində İsrail ordusu altı hərbçisini itirib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bununla da 2023-cü il oktyabrın 7-də Yaxın Şərq münaqişəsinin yeni mərhələsi başlayandan indiyədək həlak olan hərbçilərin ümumi sayı 792 nəfərə çatıb.

Xatırladaq ki, cari ilin sentyabrın 23-də İsrail Livanda “Hizbullah” qüvvələrinə qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı təşkilatın hərbi obyektlərinə kütləvi zərbələr endirir.

Bəyan edilən məqsəd on minlərlə sakinin geri qayıtması üçün yəhudi dövlətinin şimal sərhəd bölgələrində təhlükəsiz şərait yaratmaqdır.

Seçilən
77
3
sam.az

4Mənbələr