AZ

"İkinci hissədə üstünlük bizim tərəfimizdə idi" - böyükhesablı məğlubiyyətə qəribə izah

17 yaşadək futbolçulardan millimizin baş məşqçisi İlham Yadullayev Avropa çempionatının seçmə mərhələsində 6-cı qrupun 1-ci turu çərçivəsində Macarıstan yığmasına acınacaqlı məğlubiyyəti (0:4) şərh edib.

"Football-plus.az" xəbər verir ki, o, AFFA-nın saytında yayımlanan açıqmasında bildirib:

“Rəqib güclü komanda idi. Buna baxmayaraq, oyuna çox yaxşı hazırlaşmışdıq. Əsas problemlərdən biri ilk dəqiqələrdə ardıcıl iki qol buraxmağımız oldu. Bu, matçın gedişatına da təsir göstərdi. Oyunu çevirməyə, hücumlarda çox iştirak etməyə çalışdıq. Ancaq həmin anlarda üçüncü qolu buraxdıq. İkinci hissədə üstünlük bizim tərəfimizdə idi, qol imkanları da yaradırdıq.

Təəssüf ki, rəqib əks-hücumdan dördüncü qolu vurdu. Ümumilikdə uşaqlar yaxşı oyun nümayiş etdirməyə çalışdılar. Macarıstanla görüşü yaddan çıxarıb, qarşıdakı iki matça hazırlaşacağıq. Artıq bütün diqqətimizi Yunanıstanla oyuna yönəltmişik. Həmin qarşılaşmada uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.


Qeyd edək ki, U-17 millimizin Yunanıstanla oyunu noyabrın 16-da, Bakı vaxtı ilə saat 14.00-da Rumıniyanın “Tunari” stadionunda keçiriləcək.
Seçilən
67
4
football-plus.az

9Mənbələr