AZ

Qurban Qurbanovu gördü, bağrına basdı - FOTOLAR

Bugünlərdə Azərbaycanın futbol əfsanələri yenidən yaşıl meydana çıxıb.

Sportinfo.az xəbər verir ki, Tovuz təmsilçisinin çempionluğunun və “Turan”ın ölkəmizi ilk dəfə "Fənərbaxça" ilə matçlarda qitəmiqyaslı yarışda təmsil etməsinin 30 illiyi ilə əlaqədar olaraq “Turan” və “Kəpəz”in veteran futbolçuları yoldaşlıq oyununda üz-üzə gəlib.

Matçda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, qardaşı Musa Qurbanov, “Kəpəz” əfsanələrindən Vidadi Rzayev kimi tanınmış simalar iştirak ediblər.

Görüş 5:5 hesablı bərabərliklə yekunlaşıb.

“Turan”ın heyətində Etimad Qurbanov, Musa Qurbanov (2), Nizami Ocaqverdiyev və Qurban Qurbanov fərqləniblər.

“Qarabağ”ın baş məşqçisi stadionda böyük coşqu ilə qarşılanıb. Onu görən yaxına gəlib və bağrına basıb.

Seçilən
100
sportinfo.az

1Mənbələr