AZ

Tramp dövlət katibi vəzifəsinə namizədini seçdi

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp senator Marko Rubionun (Florida ştatından) dövlət katibi vəzifəsinə namizədliyini irəli sürüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Respublikaçıların keçid komandasının yaydığı məlumatda bildirilir.

Hazırda sözügedən vəzifəni Antoni Blinken tutur.

Qeyd edək ki, Marko Rubio ilk dəfə 2010-cu ildə ABŞ Senatına seçilib. Bu günə qədər o, müxtəlif komitələrdə çalışıb. 2016-cı ildə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürüb, lakin daha sonra namizədliyini geri götürüb.

Həmçinin Rubio Trampın Ukrayna ilə bağlı ümumi mövqeyini dəstəkləyir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
8
2
milli.az

3Mənbələr