AZ

Hakim onların etirazını rədd etdi

Türkiyəli müğənni Sərdar Ortaç və şoumen Mehmet Əli Ərbilin məhkəmə prosesi sona çatıb.

Qanunsuz mərc oyunlarına təşviq etməkdə təqsirli bilinən Ortaç və Ərbil ev dustaqlığına etirazını bildirmişdi. Hakim isə etirazlarını rədd edib.

Qeyd edək ki, ümumlikdə 20 şübhəli saxlanılıb. Qanunsuz mərc oyunlarının təşkili ilə məşğul olduğu iddia edilən digər şəxslərin axtarışları isə davam edir. Saxlanılanlar arasında keçmiş futbolçu Batuhan Karadeniz, sosial media fenomenləri İbrahim Yılmaz, Muzaffer Zorbey Erkoçlar, Sefa Caner Sarıçam da var. Türkiyədə sözügedən cinayətə görə tətbiq ediləcək cəzalar arasında 3 ildən 5 ilədək həbs və cərimələr nəzərdə tutulub.//Axşam.az

Seçilən
64
1
musavat.com

2Mənbələr