AZ

"COP29-dan sonra Azərbaycanın dünya siyasətindəki yeri daha da yüksələcək" - AÇIQLAMA

"Azərbaycan COP29-un təşkilatçılığı və keçirilməsi səviyyəsinə görə indidən tədbirin tarixinə keçib".

Bu sözləri siyasi şərhçi Aydın Quliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, ölkəmiz COP29-u çox yüksək səviyyədə təşkil edib:

"Bu, bütün dünya tərəfindən etiraf olunur. Hətta COP29-un təşkilatçılığı ilə bağlı Azərbaycana qərəzli yanaşan dövlətlər və təşkilatlardan da tənqidi fikir eşidilməyib. Ümumiyyətlə, bu tədbirdə qarşıya qoyulan hədəflərə nail olmaq üçün baza və fundament var. Heç şübhəsiz ki, COP29-da aparılan müzakirələr həqiqətən də iqlim dəyişiklikləri ilə bağlı müsbət nəticələrə gətirib çıxaracaq. Bununla bağlı qərarların qəbul edilməsi gözlənilir".

362341

Ekspert qeyd edib ki, Azərbaycan COP29-da özünün strategiyasını bütün dünyaya aydın şəkildə bəyan etdi:

"Azərbaycanın COP strategiyasının əsas hədəfi dünyanın bütün dövlətlərin bu istiqamətdə səylərinin birləşdirilməsi və iqlim dəyişikliyinin ziyanlarının azalması yönündə qlobal miqyasda yeni bir mərhələ açmaqdır. Bunu da artıq bütün dünya bilir. Əvvəlki COP tədbirlərində sadəcə ideya kimi səslənmiş müəyyən fikirlərin qərarlaşması COP29-un mühüm nailiyyətlərindən biri ola bilər. 

Həmçinin, Azərbaycanın bu istiqamətdə irəliyə sürdüyü təkliflərin də həyata keçmə ehtimalı var. Ölkəmizin ən böyük hədəflərindən biri daha öncə keçirilən COP tədbirlərində nail olunmayan hədəfləri reallaşdırmaqdır. Bundan başqa, Azərbaycan ilqim dəyişiklikləri üzrə fəaliyyət fondunun yaradılmasına nail olmağa çalışır. 

Bu iş təkcə Azərbaycandan yox, bütün dünya dövlətlərindən, xüsusilə də inkişaf etmiş ölkələrdən asılıdır. Artıq dünyanın bəzi maliyyə qurumları Azərbaycanın bu strategiyasına uyğun olaraq sözügedən fondun yaradılması ilə bağlı vəsait ayırmaq istədiklərini açıqlayıblar". 

Aydın Quliyev vurğulayıb ki, Azərbaycan kiçik ada dövlətlərinə dəstəyini də davam etdirir:

"Hansı ki, həmin dövlətlər iqlimin zəhərlənməsində hamıdan az iştirak etsələr də, hər kəsdən daha çox iqlim dəyişikliyinin qurbanına çevrilirlər. Çünki inkişaf etmiş ölkələr həm hamıdan çox iqlimi zəhərləyirlər, həm də korlanmış iqlimin fəsadlarını özlərinin milli səviyyəsində müəyyən qədər yumşaltmağa nail ola bilirlər. Lakin kiçik və kasıb ölkələrin atmosferin korlanmasında iştirakçıları minimumdur. Buna baxmayaraq, maddi və texnoloji imkanları məhdud olduğuna görə iqlim dəyişmələrinin qarşısını almaq çətinlik çəkirlər. 

Azərbaycan isə bununla bağlı özünü strategiyalarını ortaya qoyur və dünya dövlətlərini həmrəyliyə səsləyir. Ölkəmiz bununla da özünün gücünü bir daha nümayiş etdirir. Azərbaycan təkcə milli və regional səviyyədə siyasət aparan ölkə deyil, artıq qlobal səviyyədə bütün dövlətlərin və xalqların taleyinə təsir göstərə biləcək ideyaları ortaya qoyacaq gücdədir. Aydın məsələdir ki, COP29-dan sonra Azərbaycanın dünya siyasətindəki yeri daha da yüksələcək". 

Pərviz

Seçilən
55
50
hit.az

10Mənbələr