AZ

Avtomobili olmayan şəxsə cərimələr gəlir - Biləsuvar sakini şikayətçidir - VİDEO

Avtomobili olmayan şəxsə qayda pozuntuları ilə əlaqədar cərimələr gəlir.

Day.Az xəbər verir ki, belə bir vəziyyətlə Biləsuvar sakini Amid Əliyev üzləşib.

O, 4 gün ərzində həm cərimə olunub, həm də sürücülük hüququndan məhrum edilib.

Taksi fəaliyyəti göstərmək üçün sürücülük vəsiqəsi alan vətəndaş deyir ki, ünvanına gələn cərimələrin heç biri ona aid deyil.

Yaranmış problemlə əlaqədar Amid Əliyev "Xəzər Xəbər"ə müraciət etməzdən əvvəl aidiyyəti qurumlara da üz tutub. Lakin nə tutarlı cavab ala bilib, nə də məsələ həllini tapıb.

Vətəndaşın problemini araşdıran Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, cərimələrin gəlmə səbəbi şikayətçi adından onlayn qaydada verilən yol vərəqələridir.

Belə hallarda tərəflərin yol polisi idarəsinə rəsmi müraciəti əsasında araşdırma aparılır və problemin aradan qaldırılması üçün qanunauyğun tədbirlər görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
10
3
day.az

4Mənbələr