AZ

"Karlson" Psixososial Reabilitasiya və Fərdi İnkişaf Mərkəzi – İnkişaf üçün Ən Güvənli Ünvan

2004-cü ildən etibarən fəaliyyət göstərən Əlilliyi olan İnsanlarin Müstəqil Həyat Mərkəzi nəzdində “Karlson” Psixososial Reabilitasiya və Fərdi İnkişaf Mərkəzi yeni ünvanda fəaliyyətə başalayıb.

Karlson” Psixososial Reabilitasiya və Fərdi İnkişaf Mərkəzi, davranış problemləri, inkişafda ləngimə və autizm spektr pozuntuları (ASP) olan uşaqlara dəstək məqsədilə Azərbaycanda xüsusi olaraq yaradılmışdır. Mərkəzimizdə, mütəxəssislərimiz tərəfindən elmi əsaslara söykənən müasir metodlar əsasında həyata keçirilən məşğələlər uşaqlarınıza həyat keyfiyyətini artırmaq və yeni bacarıqlar qazandırmaq məqsədini daşıyır.

Erkən İnkişafın Əhəmiyyəti və Bizim Mərkəzimiz

Uşaqların gələcək uğurları üçün erkən yaşlardan inkişaf dəstəyi çox vacibdir. “KarlsonMərkəzi, 1,5 yaşdan 17 yaşa qədər uşaqlar üçün uyğun qrafiklə tərtib edilən, həm mərkəzdə, həm də evdə keçirilən məşğələlərlə, fərdi yanaşmanı təmin edir. Valideynlər üçün rahatlıq yaratmaq məqsədilə, bir neçə mütəxəssisin ardıcıl məşğələlərini bir araya gətirərək, uşaqların bir mütəxəssisdən digərinə keçirilməsi prosesini asanlaşdırırıq.

Niyə Biz? – ASP ilə Bağlı Mərkəzi Bilik və Təcrübə

“Karlson” Mərkəzi Azərbaycanda ASP ilə bağlı bilik və məlumatların mərkəzi kimi fəaliyyət göstərir. Dünyanın aparıcı elmi ekspertlərindən aldığımız yeniliklər, metodika və təlimlərlə sizlərə ən yüksək keyfiyyətdə xidmət göstəririk. ASP ilə yaşayan insanların reallığı, Karlson Mərkəzi ilə iki fərqli gerçəklik təşkil edir – biz autizmli şəxslərin həyatını yaxşılaşdırmaq üçün mütərəqqi texnologiyalardan istifadə edirik və onlara yeni bir üfüq açırıq.

Məşğələlər və Proqramımız

Günərzi qrup məşğələləri (uşaq bağçası tipində) səhər saat 08:00-dan axşam 19:00-dək davam edir. 3 yaşdan 12 yaşadək uşaqlar üçün tərtib olunmuş bu intensiv təhsil proqramları onların inkişafı və adaptasiyası üçün əvəzsiz dəstəkdir. Günərzi proqram, qrup kuratoru tərəfindən tərtib edilən məqsədlərə uyğun olaraq həyata keçirilir və hər məşğələ bloku qarşıya qoyulan hədəflərə çatmaq üçün hazırlanmışdır.

Məşğələ Bloklarımız

  • Fiziki hazırlıq: Uşaqların fiziki və motor bacarıqlarının inkişafı.
  • Birgə oyunlar: Sosial bacarıqları gücləndirən interaktiv oyunlar.
  • Rəsm və texnologiya: İncəsənət və texnoloji bacarıqların inkişafı.
  • Birgə yemək (3 dəfə qidalanma): Sağlam qidalanma və sosial adaptasiya.
  • Hərəkətli oyunlar: Enerji balansını qorumağa və koordinasiyanı inkişaf etdirməyə yönəlik oyunlar.

Tədris Yanaşmamız – Elmi Cəhətdən Sübut Edilmiş ABA Metodologiyası

“Karlson” Mərkəzində tətbiq edilən ABA (Tətbiqi Davranış Analizi) metodu elmi sübutlara əsaslanaraq ASP olan uşaqların təlimində effektiv nəticələr verir. ABA metodu ilə hər məşğələ psixoloq və loqopedin diqqətli nəzarəti altında keçir və bu sahədə bilik və təcrübəyə malik mütəxəssislərimiz tərəfindən icra edilir. Həftənin 5 günü (bazar ertəsindən cümə gününə qədər) davam edən intensiv məşğələlər uşaqların hərtərəfli inkişafı üçün geniş imkan yaradır.

Əgər uşağınızın gələcəyini düşünürsünüzsə, etibarlı və təcrübəli bir mərkəz axtarırsınızsa, o zaman bizə müraciət edin. Sizi və övladınızı gözləyirik!

Əlaqə: 077 273 17 00
E-poçt: [email protected]
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə pr. 18F

 

Seçilən
52
qht.az

1Mənbələr