İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 469 min 802 vahid artıb və 2024-cü il noyabr ayının 1-nə 1 milyon 871 min 717 olub.
Marja.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 445 min 682 vahid artaraq 985 min 604 təşkil edib.
Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2024-cü il yanvar ayının 1-nə 1 milyon 808,8 minə çatmışdı. Beləliklə, bu ilin 10 ayı ərzində təxminən 63 min artıb.