AZ

İran müharibəyə hazırlaşır

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla  xəbər verir ki, İran müharibəyə hazırlaşmağa başlayıb.

İran hökuməti müharibə təhlükəsinə qarşı ilk müdafiə tunelini tikməyə başlayıb. Tehran metropoliteninin paytaxtdakı böyük bir xəstəxananın ətrafında tikiləcək şaxəsi müdafiə tunelinə çevriləcək, bu yolla tibb müəssisəsinə birbaşa çıxış təmin ediləcək.

Tehranın nəqliyyat komissiyasının başçısı Seyid Cəfər Təşri-Haşimi bildirib ki, yeni tunel müharibə olacağı təqdirdə müdafiə məqsədləri üçün istifadə ediləcək, sülh dövründə isə buradan Tehran metrosunun qatarları keçəcək. 

Seyid Cəfər Təşri-Haşimi deyib: "Tehranda ölkə tarixində ilk dəfə müdafiə tuneli inşa edilir. Bu tunel metronun "Modafean" stansiyasından İmam Xomeyni xəstəxanasına kimi uzanaraq, bu tibb müəssisəsinə birbaşa çıxışı təmin edəcək".

"Tasnim" agentliyinin məlumatına görə, İranda bundan sonra da bomba sığınacaqlarının tikintisini davam etdirmək planlaşdırılıb.

Hürr Tərcüman

 

Seçilən
21
hurriyyet.az

1Mənbələr