AZ

İrqçi davranışına görə cəza aldı

"Tottenhem" klubunun yarımmüdafiəçisi Rodriqo Bentankur cənubi koreyalı həmkarı Son Hın Minlə irqçi zarafatına görə diskvalifikasiya olunub.

Bakupost.az xəbər verir ki, o, 6 oyunu meydandan kənarda keçirəcək.

Tələs, bitmədən sən də al. Fürsətlər tükənmədən tətbiqə gəl!

Bentankur hələ iyun ayında Uruqvayda yayımlanan televiziya kanalına müsahibəsində Son və digər cənubi koreyalı komanda yoldaşlarının "hamısının eyni göründüyünü" deyib. Bu zarafatını İngiltərə Futbol Assosiasiyası irqçilik kimi dəyərləndirib.
Seçilən
28
bakupost.az

1Mənbələr