AZ

Millimizə 4 qol vuran rəqibin baş məşqçisi: “Daha 3-4 qol da vura bilərdik”

“Son günlərdə yağan yağışlar səbəbindən yaxşı olmayan ot örtüyündə oynadıq. Xoşbəxtlikdən bu çətin şərtlərə daha yaxşı uyğunlaşdıq”.

İdman.biz xəbər verir ki, bunu Macarıstanın U-17 yığmasının baş məşqçisi Nemet Antal deyib.

Mütəxəssis Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan millisi ilə oyununu dəyərləndirib: “Biz ilk 20 dəqiqəni çox yaxşı keçirdik. Hesabı erkən qolla açdıq, ikinci qol isə komandanı arxayınlaşdırdı. Mən təkcə nəticə deyil, oyundan da razı qaldım. Biz bütün görüş boyu matçın axarına nəzarət edirdik. Dörd topdan başqa daha 3-4 qol vura bilərdik, amma əlverişli imkanları qaçırdıq. Bu qələbə komandaya digər iki qarşılaşma üçün özünəinam verə bilər. Biz qarşıda iki çox güclü rəqiblə üz-üzə gələcəyik”.

Qeyd edək ki, millimiz Macarıstana 0:4 hesabı ilə uduzub.

İdman.biz

Seçilən
30
idman.biz

1Mənbələr