AZ

İsrailə verilən vaxt bitdi: ABŞ-ın sanksiya hədəsi boş oldu

Prezident seçkilərindən əvvəl ABŞ-ın Qəzza zolağında humanitar şəraitin yaxşılaşdırılması üçün İsrailə verdiyi 30 günlük müddət başa çatdı, lakin heç nə dəyişməyib.

Turkustan.az xəbər verir ki, ABŞ rəhbərliyi 13 oktyabr tarixli məktubda İsraildən hər gün ən az 350 TIR materialının Qəzzaya girməsinə icazə verilməli, yeni keçid məntəqəsi açılmalı, çimərliklərdəki çadır düşərgələrində yaşayan insanların hərəkətinə icazə verilməli olduğunu bildirmişdi. Qışdan əvvəl daxili bölgələrə və yardım təşkilatlarının Qəzzanın şimalına girişinə icazə verilməsi lazım olduğu kimi tələblər etmişdi. İsrailə həmçinin BMT-nin Fələstinli qaçqınlara yardım agentliyi olan UNRWA-nın fəaliyyətinə mane olacaq qanunu qəbul etməməyə çağırılıb. ABŞ qanunlarına görə, beynəlxalq hüquq normalarına uyğun gəlməyən və mülki şəxslərə humanitar yardımın göstərilməsinə mane olan ölkələrə silah göndərilə bilməz.

Bununla belə, şərtlər yaxşılaşmasa da, Bayden administrasiyası İsrailin humanitar yardımın çatdırılması və əldə edilməsi ilə bağlı ABŞ qanunlarını pozmadığını və buna görə də İsrailə silah göndərilməsinin məhdudlaşdırılmayacağını açıqlayıb.

Digər tərəfdən, ABŞ dövlət katibi Antoni Blinken Brüsselə səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən, İsrailin Qəzza zolağında məqsədlərinə çatdığını vurğulayaraq, "Bu müharibəni bitirməyin vaxtıdır" dedi. O, Qəzzada döyüşlərdə real və uzunmüddətli fasiləyə və yardımın ehtiyacı olanlara çatmasını təmin etməyə çağırıb. ABŞ-ın ultimatumundan sonra humanitar yardım qruplarına görə, son bir ayda Qəzzaya gündə 350 yardım maşınının çatması gözlənildiyi halda, bu rəqəm orta hesabla 42 olaraq qalıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
34
turkustan.az

1Mənbələr