AZ

Deputat: "Dünyada çox az ölkə var ki, Azərbaycanın etdiklərini həyata keçirə bilsin"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycanın həm Avropa, həm də Asiyanın ortasında yerləşən qədim tarixi bir ölkə kimi fərqli dövlətlərdən olan insanları bir araya gətirməsi önəmli bir addımdır. COP29 ölkələrə yaşıl iqtisadiyyata keçid üçün inkişaf etməkdə olan ölkələrin inkişaf etmiş ölkələrdən maliyyə dəstəyi alması baxımından da çox əhəmiyyətli bir platforma hesab edilir".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
O, Azərbaycan iqlim dəyişmələrinə qarşı illərdir mübarizə apardığını və bu mənada da COP29-a möhtəşəm şəkildə ev sahibliyi edə bildiyini vurğulayıb:
"Dünyada çox az ölkə var ki, Azərbaycanın iqlim dəyişmələri ilə bağlı etdiklərini həyata keçirə bilsin. Təbii ki, ölkə başçısı İlham Əliyevin verdiyi mesajlar da çox önəmlidir və dünya bu mesajlardan dərs çıxarmalıdır".
Deputat qeyd edib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi artıq ölkəmizin uğur hekayəsidir:
"Tədbirin Bakıda keçirilməsi Azərbaycana göstərilən çox böyük etimad kimi qiymətləndirilməlidir. Halbuki Azərbaycan bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edib və təşkilatçılığı ilə seçilib. 196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi, onların arasında 80 prezident, vitse-prezident, baş nazir olması çox önəmli hadisədir və bu göstərici Azərbaycanın uğurundan və dünya ölkələri arasında artan nüfuzundan xəbər verir. Avropanın Böyük Britaniya, İtaliya, İspaniya, Belçika, Danimarka, Finlandiya, Polşa, Yunanıstan, Çexiya, Xorvatiya, Serbiya və digər ölkələrinin rəhbərlərinin, Avropa İttifaqı Şurasının prezidentinin tədbirdə iştirakı bəzi təxribatçıların apardığı qara təbliğatın üstündən qara xətt çəkir".
"Bu gün dünya iqlim dəyişikliklərinin yaratdığı ciddi problemlərlə üz-üzədir. Təbii fəlakətlərlə yanaşı dünyada baş verən müharibə və münaqişələr, aclıq ciddi tədbirlər görülməsini gündəmə gətirir. COP29-da məhz belə məqsədlərə xidmət edən bəşəri əhəmiyyətli tədbirdir. Artıq beynəlxalq maliyyə korporasiyaları və bank strukturlarının açıqlamaları var ki, iqlim dəyişiklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracaqlar.
Məsələn, Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdıracağını bildirib. Bütün bunlar COP29-dan əsas gözlənti olan yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması üçün COP29-da danışıqlar üçün əla mühit yaradır. Paris Sazişinin 6.4-cü maddəsinin müzakirəsində artıq müsbət nəticələr əldə olunub. Halbuki 10 ildən çox idi ki, ümumi həll yolu tapmaq mümkün olmurdu. Bakıda COP-un işinin ilk günündə ölkələr vahid mexanizm barədə razılığa gəliblər. Bu da onu göstərir ki, səylərimizi birləşdirəndə qarşımıza qoyduğumuz məqsədlərə nail ola bilərik", - deyə müsahibimiz əlavə edib.
Mərahim Nəsib
Seçilən
98
47
oxu.az

10Mənbələr