AZ

Sədr: "AMB dayanıqlı maliyyənin yol xəritəsini qəbul edib"

Azərbaycan Mərkəzi Bankı (AMB) “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində dayanıqlı maliyyənin yol xəritəsini qəbul edib.

"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə bildirib.

"Bu çərçivədə biz data və tənzimləmə daxil olmaqla "yaşıl maliyyə" üçün funksional ekosistem hazırlayacağıq. Biz maliyyə institutları tərəfindən biznes modellərinin və strategiyalarının "davamlı və yaşıl maliyyə"yə çevrilməsini təmin edəcəyik və yol xəritəsi aşağı karbon emissiyası səviyyəsinə keçidi dəstəkləyəcəyik. Bildiyiniz kimi, Azərbaycanın Milli Müəyyən edilmiş Töhfələri (NDC) 1991-ci illə müqayisədə 2025-ci ilə qədər emissiyaların 40 % azaldılmasını nəzərdə tutur", - deyə o qeyd edib.

Seçilən
53
1
far.az

2Mənbələr