AZ

İqlim fəaliyyəti platforması iqlim təşəbbüslərinə özəl kapitalı cəlb etmək üçün əsas vasitədir - AYİB

Bakı. Trend:

Ölkələrin rəhbərliyi altında həyata keçirilən iqlimfəaliyyətləri və dayanıqlı inkişaf platforması, təsirimizinartırılması və iqlim təşəbbüslərinə özəl kapitalın cəlb edilməsiüçün əsas alətdir.

Trend xəbərverir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)prezidenti Odil Reno-Basso “Transformativ iqlim fəaliyyəti:diqqətin gəlirdən təsirə və çoxtərəfli inkişaf banklarınınkatalitik təsirinə keçirilməsi” mövzusunda dəyirmi masada çıxışızamanı deyib.

"Ölkələrin idarə etdiyi iqlim fəaliyyətləri və dayanıqlı inkişafplatforması, səylərimizin genişləndirilməsi və iqlim tədbirləriüçün özəl kapitalın səfərbər edilməsi baxımından mühüm rol oynayır.Bu platformalar üç əsas sahə daxil olmaqla yaşıl keçidə kompleksyanaşmanı təşviq edir.

Birincisi, milli iqlim ambisiyasının və planlaşdırmasəviyyəsinin yüksəldilməsidir. İkincisi, riskləri azaldan və özəlinvestisiya və kreditləşmə üçün əlverişli şərait yaradantənzimləyici və hüquqi tədbirlərin dəstəklənməsi. Buraya həmçininqalıq ehtiyatlarından imtina etmək, işçilərin yenidən hazırlanmasıvə ictimai infrastrukturun yaxşılaşdırılması üçün qrantlar vəgüzəştli maliyyə daxildir. Üçüncüsü, layihələrin icrayahazırlanması üçün texniki yardımın göstərilməsi", - o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
15
az.trend.az

1Mənbələr