AZ

TFF-nin sabiq rəsmisi ''Beşiktaş''ın gənc ulduzu haqda nə dedi?

Türkiyə Futbol Federasiyasının sabiq rəsmisi Həmit Altıntop yerli kanallardan birinə açıqlamalar verib.

Altıntop federasiyanın əvvəlki başqanı Mehmet Büyükekşinin dönəmində Türkiyə yığmasına cavabdeh yönətici kimi çalışırdı. Federasiyada bilindiyi kimi bu yay prezident dəyişikliyi baş verdi və Altıntop da ayrılmalı oldu. O, öz dönəmlərində ''Beşiktaş''ın gənc ulduzu Semih Kılıçsoyun yığmaya çağırılmaması məsələsinə toxunaraq bunları deyib:

''Semih Kılıçsoyun məsələsi bizim, yəni yığmanın gündəmini çox da məşğul etmədi. Bu məsələ yalnız ''Beşiktaş''ın gündəmini məşğul etdi. Düzdü, bir tərəfdən onları anlamaq lazımdı. Onlar öz oyunçularına sahib çıxırlar, oyunçularının irəliləməsini, layiq olduğu yerə gəlməsini istəyirlər. Amma bu yolda heç də hər zaman doğru hərəkətlər etmirlər. Semih Kılıçsoy 2005-ci il təvəllüdlü çox istedadlı gənc futbolçudu. Hazırda inkişaf mərhələsindədi və təbii olaraq həm enişlər, həm də yüksəlişlər yaşayacaq. Həmin an bizi ən çox üzən məqam ''Beşiktaş''ın rəsmisi Feyyaz Uçarın açıqlamaları idi. Bizim fikrimizi öyrənmədən telefonda bizimlə danışmadan üst-üstə verilişlərə çıxıb bəzi açıqlamalar verdi. Mənə görə bu, düzgün hərəkət deyildi. Semih özü də həmin dönəmdə psixoloji cəhətdən çox gərginlik yaşadı. Mesut Özil gənc yaşda Almaniya yığmasında oynamağa üstünlük verdi. Bu qərarına görə ona olan incikliyim indiyə qədər də davam edir. Bizim komandanı seçsəydi, o uğurları onunla birlikdə əldə edərdik''.

ƏLİ
Seçilən
62
football-plus.az

1Mənbələr