AZ

LAVROV TRAMPIN PLANINA “YOX” DEDİ - “Bu, Minsk razılaşmasından da pis olacaq”

Donald Trampın ABŞ Prezidenti seçiləndən sonra hələ rəsmən öz vəzifəsinə başlamazdan əvvəl, özü də 24 saat ərzində(!) Ukraynadakı müharibəni dayandıracağına dair dəfələrlə təkrar etdiyi vədləri hələlik havadan asılı vəziyyətdə qalmaqdadır. Əksinə, bir çox şərhçilər Trampın nəinki rəsmən ABŞ-nin başına keçməsindən, yəni, gələn il yanvarın 20-dən əvvəl, hətta ondan sonra da vədini yerinə yetirə biləcəyinə ciddi şübhə ilə yanaşırlar...

Vladimir Putin Trampın seçilməsindən sonra keçirilən “Valday” konfransında ABŞ-nin yeni prezidenti və onun komandası barədə hər nə qədər “ilıq”ifadələr səsləndirsə də, Rusiyanın Ukraynada davam edən işğalının daha da şiddətlənməsi və Rusiya XİN-in bəyanatları heç də Kremlin Trampın hətta Ukraynanın ərazi bütövlüyünü və suverenliyini sual altına alan təklif və panları ilə də asanlıqla razılaşmayacağından xəbər verir.

“AzPolitika” xəbər verir ki, Rusiyanın TASS agentliyinin yayımladığı XİN başçısı Sergey Lavrovun açıqlamaları Kremlin Trampın Qərb mətbuatında dərc edilən Ukrayna müharibəsinin dayandırılmasına dair planının şərtlərilə qətiyyən razı olmadığını göstərir.

Qeyd edək ki, bundan əvvəl bir çox Amerika KİV-ləri Donald Trampın müşavirlərinin ona Ukraynada müharibəni dondurmağı, ələ keçirdiyi əraziləri Rusiyaya buraxmağı və Kiyevi NATO-ya üzv olmaq cəhdlərindən müvəqqəti imtina etməyə məcbur etməyi tövsiyə etdiklərini yazıb. Həmçinin, “Trampın planı”nda hazırkı cəbhə xətti boyu silahsızlaşdırılmış zonanın yaradılması nəzərdə tutulur.

Lavrov isə açıqlamasında Kremllə Tramp adminstrasiyasının “dil tapması” perspektivinə şübhə ilə yanaşıb və qeyd edib ki, ABŞ-də hakimiyyət dəyişikliyi baş versə də, Vaşinqtonun “Ukrayna məsələlərinə” yanaşması eyni qalacaq, çünki onlar “NATO məkanında və NATO məkanı ətrafında baş verən hər şeyi öz nəzarətində saxlamağa çalışacaqlar”.

Seçilən
18
azpolitika.info

1Mənbələr