AZ

Rusiyalı aşpazın meyiti otel otağında tapıldı

Rusiya prezidenti Vladimir Putinə qarşı müxalif fikirləri ilə tanınan məşhur rus aşpaz Aleksey Ziminin nəşi tapılıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra İngiltərənin paytaxtı Londona köçən 52 yaşlı Zimin Serbiyanın paytaxtı Belqradda otel otağında ölü tapılıb.
 
Səlahiyyətlilər Ziminin ölüm səbəbinin hələ müəyyən edilmədiyini açıqlayıb.
 
Zimin yazdığı yeni kitabını tanıtmaq üçün Belqrada gəlmişdi.

Xatırladaq ki, rusdilli jurnalın baş redaktoru olmuş Aleksey Zimin Ukraynadakı müharibəni və Krımın işğalını sərt şəkildə tənqid etmişdi. Ziminin Rusiyadakı televiziya proqramı onun müharibə əleyhinə bəyanatlarından sonra yayımdan qaldırılmışdı.
 
2022-ci ilin mayında verdiyi müsahibədə Zimin Ukraynada müharibə başlayandan sonra onun restoranına təqib və yandırma təhdidlərinin edildiyini bildirmişdi.
 
Aysel


Seçilən
10
azxeber.com

1Mənbələr