İlon Maska məxsus avtomobil istehsalçısı Teslanın 2431 Cybertruck avtomobilini geri çağırdığı açıqlanıb.
Turkustan.az xəbər verir ki, ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsi (NHTSA) tərəfindən edilən açıqlamada, Teslanın inverter nasazlığı səbəbiylə 2431 Cybertruck avtomobilini geri çağırdığı açıqlanıb.
NHTSA, sözügedən qərarın 6 noyabr 2023-cü il və 30 iyul 2024-cü il tarixləri arasında istehsal olunan bəzi Cybertruck avtomobillərini əhatə etdiyini bildirdi.
Bu qərarla Teslanın Cybertruck avtomobili bu il altıncı dəfə geri çağırılıb.
Oktyabr ayında Tesla arxa görüntü kamerasındakı problemə görə ABŞ-da 27 mindən çox Cybertruck avtomobilini geri çağıracağını açıqlamışdı.
Eltac Zülfüqaroğlu/Turkustan.az