AZ

Bu ölkələr üçün kritik qərarların veriləcəyi gözlənilir

Bildiyiniz kimi, dünən Türkiyənin Uzunmüddətli Strategiyasını və Yol Xəritəsini dünya ilə paylaşdıq. Orada bizim COP29 ilə bağlı düşüncələrimizi və gözləntilərimizi ifadə etmək imkanımız da oldu.

Publika.az xəbər verir ki, bunu COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ətraf mühit və ekologiya nazirlərinin ilk görüşündə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurum deyib.

"COP29 iqlim dəyişikliyi ilə bağlı real, əsaslandırılmış konkret addımların atılacağına dair gözləntilərin ən yüksək olduğu görüşlərdən biridir. Maliyyəyə çıxışı olmayan ölkələr üçün çox kritik qərarların veriləcəyi gözlənilir və ümid edilir. Ümid var, çünki iqlim dəyişikliyinin təsirlərini hər gün daha çox hiss edirik. Dünyamız xüsusilə son 50 ildə meteoroloji fəlakətlərdə görünməmiş təhlükələrlə üz-üzədir. Son yarım əsrdə 11 mindən çox fəlakət nəticəsində 2 milyondan çox insan həyatını itirib. Biz 4,5 trilyon dollarlıq qlobal iqtisadi itkiyə dözməli olduq. Amma təəssüflə deyirəm ki, iqlim dəyişikliyinə səbəb olmayan və ya ən az günahı olan ölkələr bu neqativ hallardan ən çox təsirlənib. Və onlar hələ də oxşar çətinliklər və ağrılarla üzləşirlər. Amma iqlim böhranının yükü bu ölkələrin üzərinə düşür, onlar maliyyədən kifayət qədər faydalana bilmirlər. Başda Türkiyə olaraq TDT-yə üzv qardaşlarımızdan aldığımız güclə bəşəriyyətə “daha ədalətli dünya” təklif edirik. Xüsusilə, BMT Baş Assambleyasının 78-ci sessiyasında qardaş ölkə Özbəkistan tərəfindən gündəmə gətirilən “Mərkəzi Asiya İqlim Dialoqu”nun başlanmasına ölkələrimiz adından böyük əhəmiyyət verirəm”, - nazir bildirib.

Seçilən
3
2
publika.az

3Mənbələr