AZ

“Reklama çıxıb, dedim, ə, nə istəyirsən?” – Azər Axşamı NƏYƏ MƏCBUR ETDİLƏR?

“Səviyyəli verilişlərə sponsorluq edən olmur, amma heç vaxt reytinq xətrinə insanların şəxsi həyatına müdaxilə etməmişəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Azər Axşam öz verilişində deyib.

O, vaxtilə çalışdığı telekanalda reytinq xətrinə ondan hansısa məşhurun şəxsi həyatına müdaxilə olunmasını xatırladıb:

“Vaxtilə çalışdığım bir telekanalda veriliş zamanı redaktor qulağıma dedi ki, qonağa şəxsi həyatı ilə bağlı bu informasiyanı ver. Mən digər kameraya baxıb başımla “yox” işarəsi verdim. Reklam arasında çıxıb dedim ki, nə istəyirsən?! Dedi ki, reytinq lazımdır. Dedim, onda sən özün gəl, otur, verilişdə, sənin də həyatında nələr olduğunu mən bilirəm. Gəl, sən otur, həyatından danışım ki, bizim redaktorumuzun da belə maraqlı həyatı var. Ona da baxılacaq”.

Nehru

Seçilən
55
yenicag.az

1Mənbələr