AZ

“Şaurma N 1″ restoranının şəriki Aqil Babayevin işində DTX araşdırması!

“Şaurma“Şaurma N 1″ restoranının şəriki Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesində ona qarşı irəli sürülən və hökm çıxarılan ittihamın əssassız olması ilə bağlı yeni məqamlar ortaya çıxır. Bununla bağlı Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Babayev Aqil Zalış oğlunun Bakı Apellyasiya Məhkəməsinə sübutların tələb edilməsi barədə vəsatətində yer alan məqamlar xüsusilə diqqət çəkir.Vəsatətdə göstərilir ki, 2021-ci ilin iyun ayının 8-də saat 19-20 radələrində iş üzrə “zərərçəkmiş şəxs” olan Aqil Babayevin yaşadığı bağ evinə gəlib, onu səbəbsiz döyüb hədələyərək əmlakını onlara verməli olduğunu bildiriblər. Onlar həmçinin A.Babayevin sənədlərini, iki telefonunu götürmüş, bağ evində saxlanan 100 min manat və 20 min ABŞ dolları pulu götürüblər. Vəsatətdə A.Babayev bildirir: “Sonra Anar Aslanov mənim telefonumdan həyat yoldaşımın nömrəsinə mənim adımdan, mənim Bakı Şəhəri, Rahib Məmmədov ev1C ünvanında yerləşən mənzilimin 5-ci mərtəbəsinə qalxmamağı, oraya Anar Aslanovun usta gətirəcəyini yazaraq, sonra oraya yollanmış və özü ilə gətirdiyi şəxslərlə birlikdə mənzilimdən 9.5 milyon manat məbləğində pullarımı, 999 əyyarlı müxtəlif formalarda olan 2 kq qızılımı, binanın qarajından avtomaşınımı aparmışlar. İki gün ərzində əmlakımı geri almaq üçün cəhdlərim uğursuz olduğuna yəqin olandan sonra 11.06.2021-ci il tarixdə DİN-nin 102 məlumat Xidmətinə məlumat vermiş, 12.06.2021-ci il tarixdə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsinə ərizə yazmışam və ərizəm qeydiyyata alınmışdır. Mənim polisə müraciət etdiyimi görüb hazırkı iş üzrə “zərərçəkmiş” olan şəxslər mənim “Şaurma1” restoranlar şəbəkəsindəki payımı və Anar Aslanov tərəfindən evimdən oğurlanmış pul və əmlakımı ələ keçirmək üçün şərikim Natiq Sadıqovun maliyyə və onun havadarlarının qanunsuz dəstəkləri ilə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsinə dəvət edilərək əleyhimə onların ərizələri alınmışdır. Cinayət işinin materialları üzrə müdafiəçimin köməyi ilə toplanmış və aşağıdakı cədvəldə əks olunan ərizələrin verilmə tarixləri və qeydiyyat nömrələrindən görünür ki, ilk şikayət ərizəsi verən mən olmuşam.“ŞaurmaMən DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsində əsassız olaraq mənə qarşı qərəzli cinayət işini başlanmasını gördükdə başıma gələnləri yazaraq ərizə ilə DTX-ə müraciət etmişəm.DTX-də 2021-ci ilin iyul ayında araşdırma aparılmış, Aslanov Anar Eldar oğlu, Sadıqov Natiq Eldəniz oğlu, Abdullayev Zaur Zahid oğlu, Abdullayev Faiq Zahid oğlu, Cəfərov Samil Akif oğlu, Mehdiyev Elnur Mirşad oğlu, Həsənov Emin İlqar oğlu, Kavə Bəhruz Füzuli oğlu, Kavə Rövşən Fizuli oğlu, Qurbanov Ömər Kamal oğlu, Aslanov Daşqın Eldar oğlu, Kavə Araz Fizuli oğlu, İslamov Azər Ramiz oğlu, Nuriyev Telman Məmməd oğlu, Məmmədov Fuad Rəcəb oğlu, Əliyev Əli Fəxrəddin oğlu, Cəfərov Heydər Nadir oğlu, Orucov Elmar Zülfani oğlu dəvət edilərək onların izahatları alınmış, sonradan onların mənim barəmdə verdikləri əsassız izahatların dəlillərinin yoxlanılması üçün əlavə olaraq Əliyeva Ülkər Həşimağa qızı, Cəfərova Gülnarə Qərib qızı, Şıxəliyev Layiq Ələddin oğlu, Rzayev Qalib Oruc oğlu, hadisə üzrə digər şahidlər və ailə üzvləri və sonra, 20.07.2021-ci il tarixdə mən izahat vermək üçün dəvət edilmişəm.DTX-də aparılan araşdırmalar nəticəsində mənə qarşı zərərçəkmiş şəxslərin iddialarının əsassız və qurulma oluduğu müəyyən edildiyi üçün Natiq Sadıqov cinayət işini başlanmasına səbəb olduğu havadarları vasitəsilə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsində cinayət işini başlandığını və istintaq aparıldığını əsas gətirərək, DTX-də araşdırmanın dayandırlmasına nail olmuş və DTX-ə dəvət edildiyimdən bir gün sonra, yəni 21.07.2021-ci il tarixdə barəmdə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsinin müstəntiqi tərəfindən axtarış verilməsi barədə qərar qəbul edilmişdir.Bütün bunlara rəğmən Aqil Babayevin ərizəsi və müraciəti əsasında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırmanın nəticəsində “zərərçəkmiş” şəxslərin iddialarının əsasasız olması barədə materiallarının məhkəməyə təqdim olunmasına dair vəsatət təmin edilməmişdir.Bütün bu qeyd olunanları Aqil Babayevin müdafiəçiləri məhkəmə strukturlarının diqqətinə çatdırmaqla, 2021-ci ilin iyul ayında onun müraciəti əsasında DTX tərəfindən aparılmış araşdırmanın bu işinin cinayətkar qrup tərəfindən törədilməsini sübut edən əsas faktor hesab edirlər”.(Cumhuriyyet.az)“Şaurma“Şaurma“Şaurma“Şaurma

Seçilən
58
yenisoz.az

1Mənbələr