AZ

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı İranla danışıqlara başlayıb

Dünən İran XİN-də maraqlı bir görüş baş tutub. Tribunainfo.az xəbər verir ki, söhbət Türkiyə parlamentinin xarici siyasət komissiyasının rəhbəri Fuat Oktayın Tehrana səfərindən gedir.

Belə ki, Oktay dünən İran XİN-də nazir müaviniz Cəlil Vəlizadə ilə görüşüb. Həmin görüşdə Qafqaz məsələsi müzakirə olunub. “Tasnim” Agentliyi yazır ki, İran tərəfi regional əməkdaşlığın inkişaf etdirilməsini, bütün nəqliyyat yollarının açılması və inkişaf etdirilməsini vurğulayıb.

Elə Türkiyə tərəfinin də analoji fikirlərlə çıxış etdiyi və bu mövzuda müzakirələr apardığı qeyd edilir.

Qeyd edək ki, Türkiyə və İran arasında Qafqaz məsələsinin müzakirə olunması qeyri-adi bir hadisə deyil. Hər iki ölkənin marağında olan məsələdir və onların tarixi siyasi mövqelərindən irəli gəlir. Lakin Tehran görüşü onu deməyə əsas verir ki, sphbət Zəngəzur dəhlizi məsələsindən gedir və Ankara Tehranı bu məsələdə razı salmaq üçün danışıqlara başlayıb.

Seçilən
21
tribunainfo.az

1Mənbələr