AZ

120 min dollarlıq cərimə

ABŞ tennisçisi Frensis Tiafo Çinin Şanxay şəhərində keçirilmiş turnirin üçüncü dövrəsində rusiyalı Roman Safiullinə qarşı matçın nəticələrinə görə böyük məbləğdə cərimələnib.

Sportnet.az xəbər verir ki, bu barədə "Eurosport" məlumat yayıb.

Peşəkar Tennisçilər Assosiasiyası 26 yaşlı amerikalını ümumilikdə 120 min dollar cərimələyib. O, hakimə qarşı təhqirlərə və "ağırlaşdırıcı hallarda davranışa" görə bu məbləğdə ziyana düşüb.

Qeyd edək ki, qarşılaşma Frensis Tiafonun məğlubiyyəti ilə yekunlaşıb - 1:2 (7:5, 5:7, 6:7).


Seçilən
31
sportnet.az

1Mənbələr