Ukrayna döyüş meydanında uduzur və Qərbin köməyi olmadan cəbhədəki problemləri həll etmək çətin olacaq.
Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte bildirib.
Onun sözlərinə görə, Ukrayna ərazilərini itirmək vəziyyətindədir, ona görə də onu silahla yükləməyə davam etmək lazımdır.
Biz Ukraynaya davamlı müdafiə yardımı axınını təmin etməliyik ki, Ukrayna cəbhəni sabitləşdirsin və sonra itirdiklərini ruslardan geri ala bilsin”, – Baş katib deyib.
O, həmçinin qeyd edib ki, Kiyevə yardım Alyans üçün ən vacib məsələ olaraq qalır. Bundan başqa, Rutte əlavə edib ki, artıq Polşa hakimiyyəti ilə NATO müdafiəsinin gücləndirilməsini müzakirə edib.
Rutte hesab edir ki, hərbi-siyasi blok Rusiya və Çin kimi müdafiə istehsalını artırmalıdır.
Azpost.info