AZ

Bu aksiya Ermənistan hakimiyyətinin marağındadır – ŞƏRH

Tbilisidə erməni, azərbaycanlı və gürcü fəalların COP29-a – Bakıya qarşı keçirdiyi aksiyaya rəhbərlik edən, “ermənilərin etnik təmizləməyə məruz qaldığı” iddiasını təkrarlayan “iqlim fəalı” Qreta Tunberq Ermənistana gedib. Azərbaycana qarşı etiraz aksiyalarını İrəvanda davam etdirəcək. Qretanın Cənubi Qafqazda nə baş verdiyindən xəbəri yoxdur, aydındır ki, onu bölgəyə gətirən və Bakıya qarşı aksiyalara qoşan ermənilərdir – erməni diasporu/lobbisidir.

Tribunainfo.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı yazıb. O qeyd edib ki, məqsəd iqlim məsələləri üzrə dünyada məhşurlaşdırılan Qreta üzərindən diqqəti daha çox cəlb etməkdir:

“Tbilisidə olduğu kimi, İrəvanda da COP29 fonunda Azərbaycana qarşı “etnik təmizləmə” ittihamı irəli sürüləcək, erməni maraqlarının qorunması istiqamətlərdən biri kimi vurğulanacaq. Həmişə olduğu kimi, indi də Azərbaycana qarşı beynəlxalq müstəvidə təşkil olunan kampaniyalarda erməni maraqları prioritetlərdən biri olaraq qalır. Ermənistan hakimiyyəti bu aksiyaların təşkilində birbaşa iştirak etməsə də, maraqlı tərəfdir”.

Nigar

Seçilən
73
tribunainfo.az

1Mənbələr