AZ

Britaniyanın nadir “Challenger 2” tankı məhv edilib

Kursk vilayətində Rusiya Silahlı Qüvvələri Ukrayna ordusuna məxsus nadir Britaniya istehsalı olan “Challenger 2” tankını aşkarlayıblar. Döyüşçülər onu məhv edə biliblər. Bu barədə “Dva mayora” Telegram kanalı məlumat yayıb.

Hərbi müxbirlərin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin bu tankı Kursk sərhəd bölgəsinə göndərməsi Kiyevin nəyin bahasına olursa-olsun Rusiya regionunda işğal olunmuş əraziləri əlində saxlamaq niyyətindən xəbər verir.

O da vurğulanıb ki, bu bahalı tank Sakit Okean Donanmasının bu istiqamətdə fəaliyyət göstərən 155-ci Əlahiddə Mühafizə Briqadasının dəniz piyadaları tərəfindən məhv edilib. Zirehli döyüş maşınına pilotsuz təyyarə ilə zərbə endirilib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. 

Tural

Seçilən
4
news365.az

1Mənbələr