AZ

“Nyukasl”ın forvardı Azərbaycanla oyunu səbirsizliklə gözləyir

“Milli komandaya qayıtmaq həmişə xoşdur”.

İdman.biz xəbər verir ki, bunu Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olan İsveçin hücumçusu Aleksandr İsak deyib.

O, Slovakiya və Azərbaycanla oyun öncəsi fikirlərini açıqlayıb. Hər 2 görüşdə meydana çıxacağı halda yığmada yubiley – 50-ci qarşılaşmasını keçirəcək “Nyukasl”ın forvardı düşərgədə hər şeyin yaxşı olduğunu bildirib: “Komandamızda yaxşı harmoniya var. Hamı pozitivdir. Hər birimiz qarşıdakı iki vacib oyunu səbirsizliklə gözləyik. Ümid edirəm ki, bizi dəstəkləməyə çoxlu azarkeş gələcək. Bu, qələbə qazanmaq üçün əla motivasiya olacaq”.

25 yaşlı futbolçu yığmamıza qarşı ilk oyunda dublla yadda qalıb. Millidə 48 matçda 14 qol vuran İsak zədə səbəbindən bir müddət əsas komandadan kənar qalmışdı.

Qeyd edək ki, İsveç – Azərbaycan oyunu noyabrın 19-da “Stravberry Arena” keçiriləcək.

İdman.biz

Məqalədə:
Seçilən
50
idman.biz

1Mənbələr