AZ

COP29-da emissiya üzrə qlobal səyləri artırmağa diqqət ayrılıb - Veronika Bagi

Bakı. Trend:

COP29-da qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq,emissiya üzrə qlobal səyləri artırmağa diqqət ayrılıb.

Trend xəbərverir ki, bu barədə Avropa İttifaqı Şurasında Macarıstan hökümətitəmsilçisi Veronika Bagi mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, həmçinin, mədən yanacaqlarından uzaqlaşmaq əsasməsələlərdən biridir.

“Bu il maliyyə baxımından xüsusilə vacibdir və gələn il COP30-aheç nə qoymayaraq iddialı və real məqsədə nail olmaqniyyətindəyik.

Qlobal həmrəyliyə qarşı kollektiv məsuliyyətlə bunu edə biləntərəflərlə geniş ianəçilər qrupu ilə razılaşmalıyıq.

Maliyyənin ən həssas olanlara getməsini təmin etməliyik. Biz dəözəl sektora güclü siqnal göndərməliyik, çünki özəl sektor olmadanbiz tam yaşıl keçidə nail ola bilməyəcəyik”,- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
30
az.trend.az

1Mənbələr