AZ

ABŞ-də nüvə sınaqlarının keçirilməsi ilə bağlı çağırış edilir

“Bu gün ABŞ-nin nüvə silahı sınaqlarını bərpa etmək çağırışlarına baxmayaraq, onun keçirilməsinə texniki ehtiyac yoxdur”.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu fikirləri Milli Nüvə Təhlükəsizliyi Agentliyinin (NNSA) rəhbəri Cill Hrubi deyib. Onun sözlərinə görə bu cür çağırışlar prezident seçkilərində qalib gələn Donald Trampın ətraf üzvlərindən də eşidilə bilər.

“Nüvə sınağının keçirilməsinə texniki ehtiyac yoxdur. Siz indicə bu məsələ ilə bağlı [qeyri-rəsmi Amerika mənbələrindən] bəzi fikirləri eşitdiniz. Bununla belə, nüvə sınağı keçirməyə texniki ehtiyac yoxdur”, - Hrubi əminliklə qeyd edib.

Hrubi vurğulayıb ki, ABŞ-nin hazırkı prezidenti Co Bayden administrasiyasının rəsmiləri heç vaxt nüvə sınaqlarının bərpasını təklif etməyiblər.

“Rəsmi kanallarda belə bir şey yoxdur. Əgər nüvə sınaqlarının bərpası ilə bağlı söhbətlər eşitdiyinizi düşünürsünüzsə, bu, qeyri-rəsmi kanallardadır”, - o, aydınlıq gətirib.

QAZİLER.AZ

Seçilən
33
qaziler.az

1Mənbələr