AZ

"Ukrayna qısa da olsa atəşkəsə nail olmalıdır"- Hərbi ekspertdən açıqlama

Kursk istiqamətində Ukrayna silahlı qüvvələrinin elit nümunəvi hərbi birləşmələrinin əməliyyata cəlb edilməsi və o ərazidə Rusiyanın dərinliyinə doğru həmin bölmələrin aparılması Ukraynanın Donetski vilayəti , Xarkov, Sumı vilayəti istiqamətində mövqelərinin itirilməsinə səbəb oldu."

Hərbi ekspert Ramil Məmmədli bunu News365.az-a açıqlamasında deyib. 

Nəzərə alsaq ki, Ukrayna silahlı qüvvələrinin şəxsi heyətinin sayı Rusiya ilə müqayisədə o qədər də çox deyil. Belə olan halda nümunəvi hərbi birləşmələrin daha döyüşkən bacarıqlı, döyüşçülərin,  hərbiçilərin Kursk istiqamətinə, Rusiyanın dərinlik istiqamətinə yönəldilməsi əlbəttə ki, həm müdafiyə xəttinin, həm əks-hücum əməliyyatlarının, həm də hücum əməliyyatlarının effektivliyinə problem yaradırlar.  Məhz ona görə də bu gün raket zərbələrinin dəstəyi ilə irəliləmirlər, yalnız artileriya bölmələrinin 152-155 mm- lik artileriyanın dəstəyi ilə və kiçik çaplı aviasiya vasitələrinin söhbət dronlardan, pilotsuz uçuş aparatlarından gedir onların dəstəyi ilə yerüstü əməliyyatların miqyasını genişləndirirlər.

Ekspert Ukraynanın müəyyən dövr üçün qısa da olsa atəşkəs elan etməli olduğunu bildirib:

"Artıq cəbhə xətti Ukrayna silahlı qüvvələri üçün həddindən artıq böyüyüb və sürətli hücum əməliyyatları müdafiyə xəttinin birinci və ikinci eşolonun təmin olunmasına maneə yaradır, problem yaradır. Bu vəziyyətdə Ukraynanın qarşısında duran yalnız bir yol var, ən azı müəyyən dövr üçün qısa da olsa atəşkəsə nail olub, səfərbərliyi daha da artırmaq həmçinin Avropadan və digər ölkələrdən döyüşçülər cəlb etməklə silahlı qüvvələrin komplekləşməsinə yenidən formalaşdırmalıdır"

Seçilən
35
news365.az

1Mənbələr