AZ

İsrail Qərbi Şəriyədə bir Fələstinlinin evini dağıtdı

İsrail ordusu işğal altındakı Qərbi Şəriyədə bir fələstinlinin evini “icazəsiz” olduğu iddiası ilə dağıdıb.

Busaat.az xarici mediaya İsrail ordusu hərbi buldozerlər müşayiətində Qərbi Şəriyənin Nablus şəhərinə bağlı Yatma qəsəbəsinə basqın təşkil edib.

Yatma Kənd Şurasının sədri Əhməd Snober, İsrail əsgərlərinin fələstinli Bəra Əhməd Nasiri evini boşaltmağa məcbur etdiyini, daha sonra Nasirin iki mərtəbəli evini dağıtdığını deyib.

Snober, İsrail əsgərlərinin daha əvvəl Nasirin Yatma və Kabalan kəndləri arasında yerləşən evini də dağıtdığını qeyd edib.

İsrail qüvvələri işğal altındakı Qərbi Şəriyə və Şərqi Qüdsdə fələstinlilərə məxsus ev və əmlakları “icazəsiz olduğu” iddiası ilə yıxır.

Qərbi Şəriyənin 18 faizini əhatə edən “A bölgəsi”nin idarəçiliyi inzibati və təhlükəsizlik baxımından Fələstinə, 21 faizini əhatə edən “B bölgəsi”nin inzibati idarəçiliyi Fələstinə, təhlükəsizliyi isə İsrailə, 61 faizini əhatə edən “C bölgəsi”nin isə idarə və təhlükəsizliyi İsrailə verilmişdir.

İsrailin Qəzza Zolağına hücuma başladığı 7 oktyabrdan bəri işğal altındakı Qərbi Şəriyə və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbs, basqın və hücumlarda artım müşahidə olunur.

Seçilən
24
busaat.az

1Mənbələr