AZ

"Fənərbağça"dan gedir

"Fənərbağça"nın müdafiəçisi Serdar Aziz komandadan ayrılmağa hazırlaşır.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun qış transfer pəncərəsi dövründə özünə yeni iş yeri axtarmasına səbəb isə Joze Mourinyonun şans verməməsidir.

Baş məşqçinin yaşıl meydanlara həsrət qoyduğu 34 yaşlı futbolçu artıq "Kasımpaşa" ilə ilkin razılığa gəlib.

Tərəflər arasında müqavilə imzalanacaq.

Bildirək ki, Serdar Aziz  2019-cu ildən "Fənərbağça"nın şərəfini qoruyur. O, komandanın heyətində meydana çıxdığı 135 rəsmi matçda 11 qol və 6 məhsuldar ötürmə edib.

Tural
Milli.Az

Seçilən
6
milli.az

1Mənbələr