AZ

Pakistan və Banqladeş arasında ilk: 53 ildən sonra...

Pakistan yük gəmisinin Banqladeş limanına yanaşması ilə 1971-ci ildən bəri ilk dəfə iki Cənubi Asiya ölkəsi arasında birbaşa dəniz ticarəti həyata keçirilib.

Publika.az xəbər verir ki, bu barədə “Dhaka Tribune” saytı məlumat verib.

Bildirilir ki, yük gəmisi Pakistanın Kəraçi şəhərindən yola düşüb və Banqladeşin Çittaqonq limanına yanaşıb. Gəminin limana yanaşması əhalisinin əksəriyyəti müsəlman olan iki ölkə arasında ticarət əlaqələrinin yaxşılaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Banqladeş 16 dekabr 1971-ci ildə Pakistandan ayrılaraq müstəqillik qazanıb. Çattoqram limanı ilə Pakistanın Karaçi limanı arasında dəniz əlaqəsi olmadığı üçün ticarət Sinqapur və digər qonşu limanlar vasitəsilə həyata keçirilib.

Pakistanın Dəkkədəki səfiri Seyid Əhməd Maruf Kəraçidən Banqladeşə yola düşən yük gəmisinin gəlişindən məmnunluğunu ifadə edib və bu inkişafı "bütün regionda daha inteqrasiya olunmuş və ticarət şəbəkəsinin gücləndirilməsi istiqamətində atılan addım" kimi qiymətləndirib.

Seçilən
48
publika.az

1Mənbələr