AZ

ABŞ Yəməndə husiləri hədəfə alıb

ABŞ Yəməndə husiləri hədəfə alıb.

ABŞ Mərkəzi Komandanlığı CENTCOM hücumların görüntülərini paylaşıb.

CENTCOM noyabrın 9 və 10-da Yəməndə Husilərə qarşı endirilmiş hava zərbələrinin görüntülərini yayımlayıb.

Açıqlamada Husilərə aid obyektlərə və silah sistemlərinə hava hücumu təşkil edildiyi bildirilib.

CENTCOM-un sosial media hesabında paylaşılan görüntüdə Husilərə aid mobil raket qurğusunun hava hücumu nəticəsində məhv edildiyi görünür.

İsrailin Qəzzaya hücumlarına cavab olaraq Yəməndəki husilər 31 oktyabr 2023-cü il tarixindən etibarən Yəmən sahillərində İsrail şirkətlərinə bağlı olduqları bildirilən ticarət gəmilərini ələ keçirir və ABŞ qüvvələrinə aid hərbi ünsürlərə hücum edir.



Seçilən
13
1
trt.net.tr

2Mənbələr