AZ

Ekologiya ilə təxribatçılığı qarışdıran Tunberq yenə erməni havadarlarının əlinə oynayır

 

Özünü ekologiya fəalı kimi təqdim edən Qreta Tunberq bu günlərdə əsl erməni vəkilliyini edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, “ekoloq-təxribatçı” BMT-nin İrəvandakı ofisi qarşısında etiraz aksiyası keçirəcək.

Aksiya zamanı Qarabağ münaqişəsi, o cümlədən Azərbaycanda həbs olunan erməni terrorçularının problemləri, “mədəni irsin qorunması” və “bu amillərin iqlimə təsiri” (?-red.) ilə bağlı məsələlər qaldırılacaq.

Qeyd edək ki, bu vaxta qədər bütün dünyanın “ətraf mühitin qoruyucusu” kimi tanıdığı, daha doğrusu hər kəsə belə bir imic sırıyan bu gənc xanımın ermənilərə xoş gəlmək üçün canfəşanlığı diqqət cəlb edir. Tunberq son günlərdə guya əsas maraqlandığı sahə sayılan ekologiya problemləri ilə maraqlanmaq yerinə Türkiyə və Azərbaycan haqqında bəyanatlar verməklə məşğuldur.

Musavat.com

Seçilən
37
musavat.com

1Mənbələr