AZ

Paşinyan hobbisini tənqid edən müxalifətə belə cavab verdi

Son aylarda tez-tez velosiped sürməsi ilə diqqət çəkən Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda yolların və küçələrin bağlanmadığını bildirib. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Həmin gün Sevandan İrəvana velosipedlə gedirdim, qarşımdan minlərlə maşın keçdi. Mən və iki cangüdənim idik", - deyə Paşinyan ifadə edib. 

Ermənistanın baş nazirinin sözlərinə görə, 60 nəfər velosiped sürsə belə yolları bağlamaq lazım gələcək, çünki bu, zəruri təhlükəsizlik tədbiridir. Belə ki, Paşinyan ölkənin təhlükəsizlik təhdidləri ilə üzləşdiyi bir vaxtda onu hobbi ilə məşğul olmaqda ittiham edən müxalifətin tənqidlərinə cavab verib.

Gülayə Mecid 

Seçilən
41
27
unikal.az

10Mənbələr