AZ

EBRD: "İnvestisiyalarımızın 50 %-dən çoxu yaşıl sektora yönəlib"

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) investisiyalarının 50 %-dən çoxu yaşıl sektora yönəlib.

"Cebheinfo.az" xəbər verir ki, bunu EBRD-nin Siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə bildirib.

"EBRD üçün Paris Sazişinin məqsədlərinə uyğun bütün əməliyyatlar yenidən təşkil edilib. Bu, o deməkdir ki, üzərimizə götürdüyümüz hər bir layihəni 1,5 dərəcə hədəfinə uyğun olub-olmaması baxımından qiymətləndiririk. EBRD özəl sektora diqqət yetirən bir qurumdur, çox spesifik biznes modelimiz var. Biz maliyyələşdirmə, texniki dəstək və potensialın gücləndirilməsi proqramları vasitəsilə müştərilərimizə davamlılığı idarəetmə çərçivələrinə inteqrasiya etməyə kömək edirik. Məqsədimiz emissiyaların azaldılması, iqlimə davamlılığın təmin edilməsi və aşağı karbonlu dünyaya uyğunlaşmaq üçün müştərilərimizin əməliyyatlarına dəstək olmaqdır. Bu, müştərilərimizin rəqabətə davamlı olması üçün vacib elementdir", - deyə o qeyd edib.

"Cebheinfo.az"

Seçilən
27
1
cebheinfo.az

2Mənbələr