AZ

"Kreml hələlik Trampa ümid bağlamır"

"Moskva ilə Vaşinqton arasında hələlik təmaslar olmayıb, lakin müzakirə üçün potensial məsələlərin gündəliyi genişdir.

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov Donald Trampın ABŞ prezidenti seçilməsi ilə BMT- ə işləyən ruslar üçün Amerika tərəfində viza məhdudiyyətinin qaldırılacağına ümid varmı sualına belə cavab verib: "Ümidlər haqqında danışmaq hələ tezdir. Hələlik heç bir əlaqə olmayıb". 

Rusiya prezidentinin mətbuat katibi əlavə edib ki, “qıcıqlandırıcı məsələlər”in gündəliyi o qədər genişdir ki, bir məsələni prioritet kimi qeyd etmək mümkün deyil.

Ötən gün Rusiyanın baş naziri Mixail Mişustin Bakıya səfəri çərçivəsində BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb. Görüş zamanı Rusiyanın baş naziri Birləşmiş Ştatların Rusiya nümayəndələrinin BMT Baş Assambleyası orqanlarında işinə mane olan viza məhdudiyyətlərindən narahatlığını bildirib.

Gülayə Mecid 

Seçilən
46
unikal.az

1Mənbələr