AZ

Əfsanəvi futbolçu peşəkar tennisdə debüt etdi

"Mançester Yunayted"in və "Atletiko"nun sabiq futbolçusu Dieqo Forlan karyerasında ilk peşəkar tennis oyununda məğlub olub.

Publika.az xəbər verir ki, uruqvaylı əfsanə ölkəsinin paytaxtı Montevideoda keçirilən "Challenger" turnirində debüt edib. Forlan Federiko Koria ilə cütlərin yarışında mübarizə aparıb. Onlar Boris Arias və Federiko Seballosa cütünə uduzublar. Görüş 1:6, 2:6 hesabı ilə başa çatıb.

Forlan bundan əvvəl Limada (Peru) keçirilən MT-1000 kateqoriyalı turnirdə iştirak edib. 1/4 finalda braziliyalı Antonio Amara da Silva Filyoya (3:6, 2:6) məğlub olub.

Qeyd edək ki, Dieqo Forlan 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatının ən yaxşı oyunçusudur. O, bütün diqqətini futbolçu karyerasına yönəltmək üçün 16 yaşında tennisdən imtina edib.

Seçilən
55
publika.az

1Mənbələr