"Beşiktaş"ın futbolçusu Ernest Muçi Albaniya milli komandasının məşqində zədələnib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, məşq zamanı zərbə vuran Muçi dəstək ayağını yerə qoya bilməyib və xəsarət alıb.
Bir müddət sonra özünü yoxlamaq və ayağının üzərinə basmağı sınayan Muçi məşqi davam etdirə bilməyib.
Muçinin vəziyyəti müayinələrdən sonra məlum olacaq.